Ermənistan Müdafiə Nazirliyi noyabrın 16-da Kəlbəcər və Laçın istiqamətindəki təxribatları zamanı 6 hərvçisini itirdiklərini rəsmən elan edib.

Mia.az "Aysor"a istinadla xəbər verir ki, bu, 1990-cı il təvəllüdlübaş leytenant Taron Saakyan, müqaviləli əsgərlər - kiçik serjant, 1991-ci il təvəllüdlü Merujan Arutyunyan, 1990-cı il təvəllüdlü sıravi Qurgen Sarkisyan, 1998-ci il təvəllüdlü kiçik serjant Artur Martirosyan, 1980-ci il təvəllüdlü  sıravi David Amiryan.

Daha bir ölmüş hərbçinin qurbanın şəxsiyyəti müəyyənləşdirilir.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya tərəfinin vasitəçiliyi və iştirakı ilə döyüşlər zamanı əsir düşən hərbçilərin qaytarılması və itkin düşənlərin axtarışı istiqamətində intensiv iş davam etdiriləcək.