"İrəvan Bakıya sülh sazişi imzalamağı təklif edib".
Mia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.
Paşinyan bildirib ki, Ermənistan Azərbaycana sülh sazişi imzalamağı təklif edib: "Yenı də təklif edirik".
Paşinyan bundan sonra yenə diqqəti həmsədr ölkələrin üzərinə çəkib: "ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib. Biz genişmiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır”.