Suren Papikyan Ermənistanın yeni müdafiə naziri təyin olunub.
Mia.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, S.Pakiyan 1986-cı ildə aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.