Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, müşavirə Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemləri ilə bağlı olub: "Müzakirələrdə problemlər operativ olaraq həll edilib, bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Komissiyaya müraciət edən tələbələr bazar ertəsi fakültə dekanlıqlarından nəticələr haqqında məlumat ala biləcəklər”.
BDU-da təcili müşavirə keçirilib
Qeyd edək ki, bu gün BDU-da rektor Abel Məhərrəmovun və Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə akademik borcu olan və imtahan nəticələrindən narazı olan tələbələrlə görüş keçirilib, onların problemləri dinlənilib.
Rektor A. Məhərrəmov bildirib ki, BDU-da təhsil alan 20 minə yaxın tələbədən 3200-ə yaxınının akademik borcu var.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08