Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə minik avtomobilindən qumbara atıb.

Mia.az "Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.

Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.

Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.

***

Şuşa şəhəri yaxınlığında Azərbaycan və rusiyalı hərbçilərin olduğu bloklposta qumbara atan erməni terrorçunun kimliyi məlum olub.

Mia.az "Caliber.az"a istinadən xəbər verir ki, həmin şəxs 1975-ci il təvəllüdlü Norayr Mirzoyandır.