Böyük Britaniya azad olunan ərazilərin minalardan təmizlənməsinə kömək göstərməsi üçün Azərbaycana daha bir mütəxəssis göndərib.

Mia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter hesabında paylaşım edib.

O bildirib ki, Böyük Britaniyadan minalardan təmizləmə üzrə daha bir mütəxəssisz ANAMA-ya dəstək üçün işə başlayıb.