Xalq artisti Könül Xasıyeva “1 dəqiqə” proqramına qonaq olub.
Mia.az Unikal.org-a istinadla xəbər verir ki, sənətçi proqramda həyatı ilə bağlı hər kəsin təəccübünə səbəb olan açıqlama verib. Xanəndə oğlu Kazımla birlikdə intihar etmək istədiyini etiraf edib:
“Kazımla dənizə getdik, onu qoyub getməyəcəkdim. Çox şey var idi… Onda oğlumun 6-7 yaşı var idi. Dəmirin o tərəfinə keçdim, dənizə atılmaq istəyirdim. Şüurlu surətdə bunu etdim. Balamı qoyub gedə bilməzdim. Onunla birlikdə özümü öldürəcəkdim. Gördüm ki, mən ola-ola bu belədirsə, məndən sonra nə olacaq?! 14 ildir yatmıram, səhərə kimi Kazımın yanında oyaq otururam. Çünki gecə neçə dəfə qalxır, oturur. Dərmanlar içsə belə narahatdır”.