Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-leytenant Qennadi Anaşkin geniş açıqlamalar verib.
“Rossiya 1” telekanalının qonağı olan Anaşkin Qarabağdakı situasiyadan danışıb.
“Ötən il ərzində 52 mindən çox dinc sakinin evlərinə qayıtmasına şərait yaradıldı. Eyni dövrdə, 200-dən çox humanitar aksiya keçirilib. 4 mindən çox zəvvarın Xudavəng və Amaras monastırlarını ziyarət etməsi təmin olunub, hərbi həkimlər 1000-dən çox sakinə tibbi yardım göstəriblər”.
Anaşkin Qarabağda 2,6 min hektardan çox ərazinin minadan təmizləndiyini də söyləyib/Modern.az.