Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Cıdız düzündə hərbçilərlə birgə fotosunu paylaşıb.

Mia.az xəbər verir ki, o, paylaşıma bu sözləri əlavə edib:

"08.11.2021. Ömrümün ən xoşbəxt günlərindən biri! Cıdır düzündə Qələbə bayramının ilk ildönümündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri ilə! Çox sağ olun! Uca Tanrı sizləri qorusun!".