Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Ararat Mirzoyan arasında telefon danışığı olub.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya XİN-in açıqlamasında qeyd olunur:
“Nazirlər Ermənistanla Azərbaycan sərhədində gərginliyə son qoymaq, Cənubi Qafqazda bütün kommunikasiyaları açmaq, regional əməkdaşlıq üçün əlverişli şərait yaratmaq məsələlərinə dair yekdil mövqeyə gəliblər. Həmçinin Ermənistanla Azərbaycan arasında sərhəd insidentlərinin siyasi-diplomatik yolla həlli istiqamətində səyləri davam etdirməyin vacibliyi vurğulanıb”/Report.