Naxçıvan MR
Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikada daha daha bir qadağa
tətbiq edib. Bu dəfə o, Naxçıvana Azərbaycanın digər bölgələrindən MR-ə daxil
olan avtomobillərə vaxt məhdudiyyəti qoyub. Bildirilib ki, dövlər nömrə nişanı "85” olmayan avtomobillər iki ay
ərzində Naxçıvanı tərk etməlidir.
Bu sözləri
Mia.az-a Naxçıvan sakinləri deyiblər. Onların sözlərinə görə, Azərbaycanın
digər bölgəsinin dövlət nömrə nişanı olan avtomobili alqı-satqı yolu ilə alan
sakinlər bu üzdən də cox ciddi problemlərlə üzləşiblər: "Etibarnamə ilə maşın
alanlar var. Həmin adamın Naxçıvanda 5-6 aylıq işi olduğundan burada yaşamaq
məcburiyyətində qalıb. Onu məcbuq edirlər ki, hər iki aydan bir İrandan
Azərbaycanın Biləsuvar rayonuna keçid edib, yenidən geri qayıtsın. Əks halda
maşın əlindən alınacaq, özü isə saxlanılacaq. Belə halar artıq hamıya tətbiq
olnmağa başlayıb. Hətta Azərbaycanın digər böğlələrindən Naxçıvana iş qurmağa
və və ya qonaq gələnlərə də belə problem yaradılır. Anlamaq olmur ki, Vasif
Talıbovun bu qadağası niyə xidmət edir? Bəyəm Naxçıvan basqa bir ölkədir ki?
Adətən belə qadağalar ölkələr arası olur. Naxçıvan isə Azərbaycanın
tərkibindədir. Belə qanunsuzluqlara hansı adı vermək olar?”.
Sonda isə adlarının
bəlli səbəbdən çəkilməsini istəməyən yerli sakinlər ölkə prezidenti İlham
Əliyevdən bu məsələyə aydınlıq gətirilməsini də xahiş ediblər.