Azərbaycanda zəlzələ olub.

Mia.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:00-da İsmayıllı rayonunda, Pirquli stansiyasından 17 km cənub-qərbdə İsmayıllı ərazisində 3 maqnitudada zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.