Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəb koronavirusa yoluxma səbəbilə distant tədrisə keçib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.
Buna səbəb məktəbin 3 şagirdi və 5 müəllimində COVİD-19 infeksiyasına yoluxmasının təsdiq olunmasıdır.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.