Bu gün paytaxt restoranlarının birində müğənni Sevda Yahyayevanın toyu olacaq.
Mia.az Lent.az-a istinadla bildirir ki, 35 yaşlı ifaçı özəl gününə şou-biznesin bir çox tanınmış simalarını dəvət edib.
Qeyd edək ki, Sevda həkim-genetik Zakir Bayramovla ailə qurur. Onlar ötən il nikaha girib. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb.