Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.
Məlumata görə, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Qazax Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev vəzifəsindən azad edilərək Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.
Nazirin digər əmri ilə Göyçay Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov vəzifəsindən kənarlaşdırılaraq Qazax Rayon Polis Şöbəsinin rəisi təyin olunub.
Hələlik Göyçay Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur/Unikal.org