"Bu gün Azərbaycan üçün olduqca ciddi tarixi əhəmiyyət daşıyan bir gündür. Müstəqilliyinin bərpasının 30-cu ilində Vətən müharibəsinin qalib ölkəsi kimi Azərbaycanı təbrik edirəm".
Bu fikirləri Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri, Yeditəpə Universitetinin Strateji Araştırmalar Mərkəzinin sədr müavini Mesut Hakkı Caşın deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə birliyi mənfəətə yox, qarşılıqlı sevgi və hörmətə əsaslanır.
Mesut Hakkı Caşın vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilində regionda və dünyada yeni bir mərhələ başladan Vətən müharibəsi iki qardaş ölkənin əməkdaşlıq sahələrini də genişləndirib:
"Osmanlı dövründə bağlanmış məlum müqavilənin 4-cü maddəsində olduğu kimi, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında imzalanmış Şuşa Bəyannaməsi də ölkələrimizə qarşı xarici təhdidlərin qarşısını tamamilə alıb"/Report.