Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də dəyişiklik edən həmkarları və nazirlərdən geri qalmaq istəmir. O, bu günlərdə bir neçə gömrük rəisinin yerlərinin dəyişilməsi ilə bağlı əmrlər imzalayıb.

Mia.az-a özəl mənbələrdən daxil olan məlumata görə, Aydın Əliyev Astara Gömrük Məntəqəsinin sədri Hikmət Məmmədovu da vəzifəsindən azad edib: "Lakin komitə sədri digər bir əmri ilə onu Balakən Gömrük Məntəqəsinə rəis təyin edib”. 

mia.az