Son vaxtlar uşaqlar arasında yoluxma halları artıb. Bu da başa düşüləndir. Məktəblər açıldıqca, ünsiyyət çoxladıqca, yoluxma sayında artım qeydə alınır”.

Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.

Onun sözlərinə görə, karantin rejimində bir sıra yumşalmaların olması, bağçaların və məktəblərin açılması kütləviliyin artmasına və nəticədə yoluxmaların çoxalmasına səbəb olub.