Azərbaycanda bu günədək 357 uşaq peyvənd olunub.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb:

"Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstər olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər".