"Mixeil Saakaşvili saxlanılıb".
Bunu ölkənin Baş naziri İrakli Qaribaşvili xüsusi birifinqdə deyib.
Onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanları sabiq prezidentin hərəkəti barədə öncədən məlumatlı olub və bu proses tam nəzarət altında saxlanılıb.
İ.Qaribaşvili qeyd edib ki, M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib.
...
Gürcüstanın Daxili İşlər Nazirliyi Mixeil Saakaşvilinin ölkədə saxlanılmasını əks etdirən videogörüntülər yayıb.
Görüntülərdə sabiq prezidentin Tbilisidə polis bölməsinə aparılması əks olunub.
M.Saakaşvilinin daha sonra Rustavi şəhərində həbsxanalardan birinə aparıldığı bildirilir.