Bu gün Bakıda "Azadlıq prospekti” metrostansiyası yaxınlığında baş verən partlayışda yaralanan 3 nəfərin adı açıqlandı.

Bakı İstanbul Tibb Mərkəzindən Lent.az-a verilən xəbərə görə, hadisə nəticəsində yaralanan 1961-ci il təvəllüdlü Afiyət İbadova üz yanığı, sol təpə gicgahının beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Digər yaralı 1989-cu il təvəllüdlü Kazımov Tərlan Əbdüləli oğlu isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. O, sağ budunun yumşaq toxumasının əzilməsi ilə rendgen olunub, hazırda xəstə özünü normal hiss edir.





1961-ci il təvəllüdlü Səadət Ağayeva isə sağ ayağın travması ilə Bakı İstanbul Tibb Mərkəzinə yerləşdirilib.