Müğənni Afət Fərmanqızı axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun saxlanılmasından danışıb.
O, sosial şəbəkə hesabında bu barədə danışan ifaçı onun pul almadığı müğənniləri təhqir etdiyini deyib:
“Səhər tezdəndən telefonlarım susmur. Məni şantaj, təhqir, təhdid edən şəxs çoxdan tutulmalı idi, bir az gecikib. Normal insan kimisə təhqir etməz. Monitor arxasından nənəm də kimisə təhqir edər. Üzümə deyə bilməzlər.
Əziz jurnalistlər, Maqsuda pul verən müğənnilərə zəng edin. Kimləri ki, söymürdüsə, onlar pul veriblər. Onlarda yaxşı məlumatlar var. Artıq canlarına qorxu düşüb, tez bir zamanda adları da məlum olar”.
Qeyd edək ki, axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudov saxlanılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.
Həmin görüntüləri təqdim edirik:
Yenisabah.az