Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.
Mia.az xəbər verir ki, məlumatda 18 sentyabr 2021-ci il tarixdə yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları, mülki şəxslər – 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarıldığı bildirilib.
***
Azərbaycan öz ərazisinə keçmiş iki Ermənistan vətəndaşını qarşı tərəfə təhvil verib.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan tərəfi saat 23:45-də Ermənistan vətəndaşlarını qarşı tərəfə qaytarıb.
Qeyd edək ki, sentyabrın 19-da Ermənistanın Milli Təhlükəsizlik Xidməti Kotaysk əyalətinin Kasax icmasının iki sakininin Azərbaycan ərazisinə keçməsi barədə məlumat yayıb.
Ermənistan onların Gorus yolunda azdıqlarını iddia edir.