Yasamalın icra başçısı: “Müavinim bir az incə oğlandı”
Bakının Yasamal rayonu ərazisində "Sovetski” kimi tanınan ərazidəki sökülən evlərin sahiblərinə kompensasiya verilməsini müəyyən edən və bu işlərə nəzarət edən Yasamal rayon icra hakiminin müavini Səməd İslamovun vəziyyətinin qəfl pisləşməsi ilə bağlı xəbər vermişdik. Səməd İslamovun səlahiyyətlərini kimin yerinə yetirməsi isə naməlum olaraq qalmışdı.
Məsələyə aydınlıq gətirmək üçün Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə əlaqə saxladıq. İcra başçısı müavini Səməd İslamovun iflic olması xəbərinin yalan olduğunu bildirib. "Dünən mənə dedi ki, özümü bir az pis hiss edirəm, sinəm ağrıyır, icazə verin gedim müayinə olunum. Nəzərə alınmalıdır ki, rayon ərazisində boyük söküntü işləri gedir.
Burada narazı olan da var, kimisə təhqir edən də var. Mən də icazə verdim. Gömrük hospitalında müayinə olunub, hər şey yaxşıdı. Sadəcə, əsəbləri bir az yerində deyil, özüm də həkimlə danışmışam. Bilirsiniz, mən 40 ildir işləyirəm, heç xəstələnməmişəm. Səməd bir az incə oğlandı. Yanından yel keçən kimi xəstələnir. Bir daha deyirəm ki, heç nəyi yoxdu, sabahdan da işə çıxacaq”.
//xeberdar.az
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08