ARDNŞ-də aparılan kadr və struktur islahatları "paket sistemi" (maaşdan əlavə bəzi rəhbər işçilərə hər ay ödənilən qeyri-rəsmi pul) ilə işləyənlərin vəziyyətinə də təsirsiz ötüşməyib.

Mia.az-ın xəbərinə görə, yanvar ayının rəsmi maaşı fevralın ilk günü ödənilsə də, "paket"lə işləyən işçilərə qeyri-rəsmi ödənilən məbləğ verilməyib: "Şirkətin bir neçə vəzifəli şəxsindən savayı, heç kim bunun səbəbini də bilmir. Hətta "paket"in ləğv olunma ehtimalı da var".