Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatları (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri başlayıb.
Mia.az xəbər verir ki, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil edilən səfərdə 130-dan çox QHT təmsilçisi iştirak edir.
QHT təmsilçilərini Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev müşayiət edir.