44 günlük müharibə zamanı itkin düşmüş daha iki erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Ermənistan mətbuatı xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Suqoşuvan istiqamətində aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 662-yə çatıb/Report.