Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ixtisas seçiminin vaxtı uzadılıb.

Mia.az xəbər verir ki, ixtisas seçimi sentyabrın 11-i saat 09:00-da başa çatacaq.

Qeyd edək ki, indiyədək ixtisas seçimi üçün 18 194 elektron ərizə təqdim olunub.

Onlardan 201-i I, 789-u II, 170-i III, 19-u IV, 12-si V qrup, 17 109 ərizə isə 11 illik təhsil bazasındandır.