Binəqədi rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi Yasin Rüstəmov tutduğu vəzifədən azad edilib.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsinin mətbuat katibi Elman Babayev də təsdiqləyib. Amma o, Y.Rüstəmova başqa vəzifə verildiyini bildirib. Belə ki, nazir Səlim Müslümovun müvafiq əmri ilə, Yasin Rüstəmov Şəmkir rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi təyin olunub. Hazırda Binəqədi rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi vəzifəsini müavin icra edir.
Modern.az