Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Həsənov Daxili İşlər Orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumatı DİN Mətbuat Xidmətindən Lent.az-a təsdiqləyiblər.