Yeni tədris ilinin təşkili ilə bağlı sabah brifinq keçiriləcək.

Mia.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin iştirakı ilə bütün suallara sabah saat 14.00-da təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçiriləcək brifinqdə aydınlıq gətiriləcək.

***

Azərbaycanda pandemiya şəraitində yeni tədris ilində təhsilin təşkili ilə bağlı qaydalar hazırlanıb.

Mia.az xəbər verir ki, tədrisin təşkili qaydası sentyabrın 7-də ictimaiyyətə təqdim olunacaq.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sabah - sentyabrın 7-də nazir Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.

Xatırladaq ki, bəzi saytlarda dərslərin oktyabrın 1-də açılacağı haqda xəbər yayılıb.