Redaksiyamıza nəqliyyat naziri Ziya Məmmədovla «Dövlət Dəmir Yolları»
QSC-nin
sədri Arif Əsgərov və «Azəryolservis»in rəhbəri, deputat Cavid Qurbanovun
11 saylı İnşaat İstehsalat Təsərrüfat Trestinin həyata keçirdiyi
880 min manatlıq təmir-tikinti işlərinin pulunu «fırlatmaları» haqda çox
maraqlı şikayət məktubu daxil olub.
Mi.az
"Reytinq” qəzetinin bugünki sayında dərc olunan məqaləyə istindən xəbər verir
ki, şikayətçilər – Cahangir Fikrət oğlu Şirinov,
Qurban Bədəl oğlu Daşdıyev,
Elnur Qara oğlu Quliyev,
Yusif Fəttah oğlu Məmmədov,
Əhməd Qara oğlu Əhmədov,
Samir Tofiq oğlu Əhmədov,
Rasim Məmməd oğlu Sadıqov,
Balakişi Səməd oğlu Səmədov,
Taleh Səməd oğlu Səmədov,
Ələsgər Ərzulla oğlu Səmədov,
Məmməd Sabir oğlu İsmayılov və Hamiz Ağahüseyn oğlu Əliyevin imzaladıqları və çoxsaylı maliyyə-mühasibat sənədlərinin əlavə olunduğu məktubda nəqliyyat naziri Ziya Məmmədov,
Arif Əsgərov və Cavid Qurbanov 11
saylı İnşaat İstehsalat Təsərrüfat Trestinə çatacaq
880 min manatın
600 minini ödəməkdən bu günə qədər yayınlıqları
bildirilib.
Nəticə etibarı ilə işçilər və rəhbərlik çox ciddi sıxıntılarla üzləşiblər:
«Nəzərinizə
çatdırırıq ki, 11 saylı İnşaat İstehsalat Təsərrüfat Tresti ilə Nəqliyyat Nazirliyinin
«Dövlət Dəmir Yollar» QSC-nin tabeliyində olan Biləcəri Dəmiryolu Xəstəxanasının
təmir bərpa və daş örtüyü işlərinin aparılması haqda 880 min manatlıq müqavilə bağlanılıb.
Bu müqavilə Cavid Qurbanovla Ziya Məmmədovun da təsdiqlərindən keçib.
Lakin illər əvvəl işlərin yüksək səviyyədə görülməsinə baxmayaraq,
müqavilə və smeta-layihə əsasında görülmüş
880 min manat vəsaitin cəmi
280 manatı11 saylı İnşaat İstehsalat Təsərrüfat Trestinə köçürülüb.
Qalan məbləğ isə bu günədək ödənilməyib».
Arif Əsgərov Ziya Məmmədovun zəngini gözləyir
Şikayətçilər yazır ki,
problemlə əlaqədar dəfələrlə nazirlikdə və Arif Əsgərovun qəbulunda olublar:
«Lakin Arif Əsgərov açıq şəkildə deyir ki,
ona Ziya Məmmədovun zəng etməsi lazımdır.
O zəng gəlməyənə qədər də vəsaitin köçürülməsi mümkün deyil».
Trest işçilərinin əlavə etdiyi sənədlərdən aydın olur ki,
onlar işlərini həqiqətən də yüksək səviyyədə həyata keçiriblər.
Və bunlar da Nəqliyyat Nazirliyinin tabeliyində olan təşkilatlar tərəfindən akt və digər sənədlərlə də təsdiq olunub:
«Sizə təqdim etdiyimiz layihə-smeta, maliyyə və mühasibatlıq sənədlərinə,
o cümlədən üzləşmə aktlarına diqqətlə baxın.
Görəcəksiniz ki,
biz üzərimizə düşünə vəzifələri layiqincə yerinə yetirmişik.
Elə isə niyə bizlərin soyuq,
şaxta bilmədən işləməyimizə baxmayaraq,
pulumuzu ödəməməlidirlər?».
Sonda isə şikayətçilər dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban Əliyevaya üz tutub kömək istəyiblər:
«Xahiş edirik,
gec də olsa,
bizim halal pullarımızın ödənilməsində köməklik göstərəsiniz».
Nəqliyyat nazirinin
40 milyonluq əmri nədən bəhs edir?
Yeri gəlmişkən,
şikayətçilərin təqdim etdikləri sənədlər arasında Ziya Məmmədovun Arif Əsgərov,
Cavid Qurbanov və digər rəhbər şəxslərə ünvanlanmış əmr də var.
Sosial sahələrin əsaslı təmiri üçün maliyyələşmədən bəhs edən həmin əmrlə ayrılmış
40 milyon manatın xərclənməsinə nəzarət tələb olunub.
Məsələnin ən ilginc tərəfi isə həmin vəsaitin yol gəlirlərindən ayrılması və sonradan təmir-bərpa işləri görən trestlərə ödənilməməsidir.
Ümumiyyətlə, bu şikayət məktubu və ona əlavə olunan bir qovluq rəsmi sənədlər başda Ziya Məmmədov olmaqla,
Arif Əsgərovla Cavid Qurbanovun
«dolanbac» yollarla dövlət vəsaitlərini necə mənimsəmələrinə işıq salır(Reytinq).