Yanvarın 28-də Nizami rayon yol polislərini təhqir etmək adıyla həbs olunan «Starxəbər» agentliyinin direktoru Rasim Əlizadənin saxlanılmasından sonra şübhəli oyunlar yaşanıb.
Mia.az xəbər verir ki, agentlik direktoru həbs edilmədən əvvəl Tovuz rayonunda Heydər Əliyevin anım günü yol polislərinin rüşvət alması faktını görüntüyə alıb. Onun çəkdiyi video yanvar ayının son ongünlüyündə ölkənin bir sıra xəbər portallarında yayılıb. Odur ki, elə bu videonun kütləviləşməsindən sonra Rasim Əlizadənin yol polislərini təhqir etməkdə suçlanaraq saxlanılması birmənalı qarşılanmayıb.
Mia.az yol polislərinin rüşvət alması ilə bağlı silinən video ilə yanaşı, Nizami rayon polis İdarəsinin jurnalistin həbsi ilə bağlı yaydığı videonu təqdim edir.
Silinən video:
Rasim Əlizadənin saxlanması ilı bağlı video-süjet: