Şəkildə gördüyünüz bu möhtəşəm villa Monitinin mərkəzində, bina evlərinin düz arasında ucaldılıb. 6 metr hündürlükdə ucaldılan hasarların belə gizlədə bilmədiyi və böyük bir sahəni əhatə edən bu əzəmətli villa cəmi qısa müddətdə tikilib və hazırda sözügedən məmurun sərəncamındadır. 

 Bəs, bu villa hansı məmurundur?

 Mia.az axar.az-a istinadən xəbər verir ki, dəyəri milyonlarla ölçülən bu villa "Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynovundur. 

 Yeri gəlmişkən, Q.Hüseynov və qardaşının Bakiya yaxın rayonların birində də belə möhtəşəm villa sahibi olduğu haqda da mia.az-a məlumatlar daxil olub. Bununla bağlı dəqiqləşdirmələr aparırıq. Villanın fotosunu yaxın günlərdə təqdim edəcəyik.