Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır: "Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib".