Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb.

Məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfatı və Güllük kəndindən 20 nəfər sakin qatılıb.

Yanğın səhər saatlarında məhdudlaşdırılıb. Yanğın zamanı 200 kvadratmetr ərazi yanıb/Report.