Xəbər verildiyi kimi, prezident İlham Əliyev informasiya-kommunikasiya və kosmik sənaye sahələrində çalışan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafında xidmətlərinə görə 31 nəfər müxtəlif ad və fəxri fərmanla təltif ediliblər.
Eyni zamanda, mükafatlandırılanlarla müqayisədə haqq edənlərin mütləq əksəriyyəti kənarda saxlanılıb:
"Şübhəsiz ki, bu, birbaşa
nazirin istəyi və təqdimatı ilə həyata keçirildi. Orada elə adamlar ad və ya medal
aldılar ki, onların çoxu "təsadüfi" kadrlar deyil. Mütləq əksəriyyəti yüksək
vəzifəli şəxslərin qohumlarıdır. Məsələn, "Dövlət qulluğunda fərqlənməyə
görə" medalla təltif olunan Əlyar Təmirov hazırda Zaqatala rayon İcra
Hakimiyyətinin başçısı vəzifəsində işləyən Mübariz Əhmədzadənin (Əhməd Əhmədzadənin qardaşı) kürəkənidir.
Bu adam Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Tənzimləmə şöbəsinin
müdiridir. Əli Abbasov nazir gələndən sonra o, 2 il ərzində çox sürətlə
yüksəldildi. İndisə medalla da qiymətləndirdilər. Sözüm odur ki, arxasız rabitəçiləri belə
arxalı məmurlar mükafatlandırmada da əvəzlədilər. Hesab edirəm ki, bu, həm də
prezidenti aldatmaqdır”.
Mia.az-ın məlumatına görə, təltif edilənlər arasında elm, təhsil sahəsində işləyənlər də var. Məlumatda o da bildirilir ki, mükafatlandırma rabitəçilərin peşə bayramı günü gözlənilib. Lakin sərəncam təxminən 2 ay gecikib. Gecikmənin səbəbi və təltif edilənlərlə bağlı geniş araşdırma aparmaqdayıq. Mia.az-dan araşdırmanın nəticəsini oxuya bilərsiniz!