"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Təhsil Nazirliyinin kollegiyasının tərkibi genişləndirilib.
Kollegiyanın tərkibinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.