“Sentyabrın 15-də dərslərin bərpa olunması nəzərdə tutulur”.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, valideynlərin vaksinasiya olunması ilə bağlı hər hansı bir tələb yoxdur: “Ancaq təhsil işçilərinin 80 faizinin peyvənd olunması ilə bağlı tələb var”.

Ş.Mövsümov deyib ki, bağçalarda və məktəblərdə övladları təhsil alan valideynlərdən vaksinasiya tələb olunmur.