Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha üç erməni hərbçinin meyitinin qalıqları tapılıb.
Ermənistan mətbuatı xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib.
Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 645-a çatıb/Report