Xalq artisti Məleykə Əsədova baxımlı kişilərə irad tutanlara cavab verib. Axşam.az-ın məlumatına görə, "Xəzər” telekanalında yayımlanan "Bizim gün” verilişinə qonaq olan aktrisa sərt açıqlamalar verib:

"Niyə özünə baxan kişiləri qınayırlar? Hər bir insan cinsiyyətindən asılı olmayaraq, baxımlı, təmiz olmalıdır. Gigiyenik qaydalara riayət etmək özü bir gözəllikdir. Kişi də manikür-pedikür etdirməlidir, üz dərisinə baxmalıdır. Hər bir kişi xanımına səliqəli, yaxşı görünmək üçün bunlardan istifadə edə bilər. Kişiliyi manikür-pedikür, üzə qulluqla ölçmək olmaz. Kişiliklərini sübut etmək istəyirlərsə, bunu vicdanla, sədaqətlə, diqqətlə, düz danışmaqla etsinlər”.

M.Əsədova sevgisizlikdən də gileylənib:

"Mənim də qayğıya, sevgiyə ehtiyacım var. Qadın olmaq istəyirəm. Evdə bütün kişi işləri ilə mən məşğul oluram. Həyatımda mənə sevgi göstərən adam yoxdur. Mən hazırda ancaq qızımın sevgisi ilə yaşayıram”.