Azərbaycanda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:37-də Zaqatala stansiyasından 15 km cənub-qərbdə, Zaqatala rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

Zəlzələnin dərinliyi 11 km, maqnitudası 2.8 olub.