Oğuz rayonunda baş verən meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub.
Məlumata görə, bu gün günorta saatlarında Oğuz rayonu Xaçmaz kəndi ərazisində başlayan yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 1 helikopteri yanğının söndürülməsi üçün əraziyə göndərilib.
Hazırda davam edən yanğının söndürülməsi üçün təxirəsalınmaz işlər aparılır.
***
Oğuz rayonunda meşə yanır.
Yanğın rayonun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb.
Kənd sakinlərinin sözlərinə görə, həmin ərazidə bir-neçə gün öncə də yanğın baş verib.
Məlumata görə, hazırda dağlıq ərazidə yanğın davam edir/Report.