Bu gün ölkəsindən Tacikistana qaçan Əfqanıstan prezidenti Əşrəf Qani ilk açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Əşrəf Qani "Feysbuk"dakı hesabında qaçmasına və istefasına haqq qazandırıb: "Düzgün qərar qəbul etdim. “Taliban” məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”.

***

Əfqanıstan prezidenti Əşrəf Qani Tacikistana sığınıb.

Mia.az xəbər verir ki, bu barədə Tacikistanın “Azia-Plyus” agentliyi məlumat yayıb.

Məlumata görə, o, administrasiya rəhbəri və milli təhlükəsizlik üzrə müşaviri ilə birlikdə Tacikistana qaçıb.

Agenttlik bildirib ki, Əşrəf Qani buradan "Taliban"la danışıq aparır: "O, artıq istefaya razılaşıb".

Mia.az