Əfqanıstanın Daxili İşlər Nazirliyi "Taliban" hərəkatı silahlılarının ölkənin paytaxtı Kabilə daxil olduğunu bəyan edib.

Bu barədə "Reuters" məlumat yayıb.

"RİA Novosti" agentliyi isə silahlıların paytaxtın qərbindəki Kabil universitetinə nəzarəti ələ keçirdiyini xəbər verib. Qeyd edilir ki, Kabilin rayonlarından birində "Taliban"ın bayrağı ucaldılıb.

Məlumata görə, “Taliban” paytaxtı silahlı güc yolu ilə ələ keçirmək istəmədiyini bəyan edib.

Bu məqsədlə hərəkət öz döyüşçülərinə tutduqları mövqedə dayanmağı tapşırıb.

Məlumatda iddia olunur ki, Taliban hökumətdən paytaxtı döyüşsüz təslim etməsini tələb edir: "Hazırda hökumətlə bu istiqamətdə danışıqlar aparılır".

Qeyd edək ki, Kabil ölkə hökumətinin nəzarət etdiyi sonuncu böyük şəhərdir.

Mia.az