Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan "Azərbaycan Hava Yolları" aviaşirkətinin "Airbus A320" təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.

Mia.az "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir ki, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək: "Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək".