Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı - 2021” təlimləri keçirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Təlimlərin ölkələr arasında dostluq, əməkdaşlığın inkişafı və təcrübə paylaşımı məqsədilə keçirildiyi vurğulanıb.