Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı bu ölkəyə başsağlığı verib.
Mia.az xəbər verir ki, başsağlığı mətni nazirliyin tviter səhifəsində yayılıb: “Kamçatkanın Kuril adaları bölgəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”.