“Sərhədlərin demarkasiyası ilə bağlı işlər aktivləşdirilməlidir”.

“Sputnik Armeniya” xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin demarkasiya-delimitasiyası ilə bağlı danışarkən deyib.

***

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.

“TASS” xəbər verir ki, o, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.

“Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır”, - N.Paşinyan söyləyib/Report.