Oğuz rayonunda bas verən yanğın bu gün səhər saatlarında söndürülüb.
Məlumata görə, yüksək dağlıq ərazidə qeydə alınan yanğın zamanı 1 hektar sahədə ot və kol-kos yanıb. Yanğının daha geniş əraziyə yayılmamasının da səbəbi həmin ərazinin yaşıllıq olması ilə əlaqədardır.
Qeyd edək ki, yanğın Oğuz rayonunun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb. Güclü külək və ərazinin relyefinin çətin olması səbəbindən yanğını yalnız bu gün söndürmək mümkün olub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Mia.az FHN-ə istinadla xəbər verir ki, məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Oğuz rayonunda meşə yanır.
Məlumata görə, yanğın rayonun Xaçmaz kənd inzibati ərazisinə aid olan yüksək dağlıq ərazidə qeydə alınıb.
Məlumata görə, güclü külək səbəbindən hazırda dağlıq ərazidə yanğın davam edir/Report.